Badmintonçumuz Peruda 3-cü oldu
- 25 Sen 2023 18:30
- 311
Azərbaycanın qadın badmintonçusu Keişa Fatimə Zəhra Perunun paytaxtı Limada keçirilən “İnternational challenge” seriyalı beynəlxalq turnirdə bürünc medal qazanıb.
Rekord.az xəbər verir ki, o, şəxsi yarışda yarımfinala qədər irəliləyib.
Badmintonçu Kanada, Kuba və İrlandiya təmsilçilərini mübarizədən kənarlaşdırıb. Keişa Fatimə Zəhra final yolunda turnirin qalibi olan yaponiyalı Kaoru Sugiyamaya 0:2 (14:21, 8:21) hesabı ilə uduzub. İdmançı üçüncü yeri tutmaqla yanaşı, hesabına 2800 reytinq xalı yazdırıb.
Kişi badmintonçuların şəxsi yarışında isə Edi Reski Dviçayo 1/4 finalda mübarizəni dayandırıb. Meksikalı və norveçli rəqibinə qalib gələn milli üzvü bu mərhələdə Qvatemala idmançısı Kevin Cordona 1:2 (22:20, 18:21, 11:21) hesabı ilə uduzub. Dviçayo 2200 reytinq xalı qazanıb.