"Bahar kuboku"na start verildi
- 17 Mar 2022 21:35
- 554
Bu gün qadın voleybolçular arasında “Bahar kuboku” start götürüb. "Rekord.az" xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunan turnirin ilk matçı “Azərreyl” və “Abşeron” komandaları arasında baş tutub.
Görüş “Abşeron”un üstünlüyü ilə başlayıb. Eldar Yusubovun komandası birinci seti 25:13 hesabı ilə qalib gəlib. İkinci hissə də “Azərreyl” 25:18 hesabı qalib gəlsə də, növbəti setlər “Abşeron”un qələbəsi ilə başa çatıb - 3:1 (25:13, 18:25, 25:23, 25:17).
Günün ikinci qarşılaşmasında “Murov” "UNEC"lə üz-üzə gəlib. Görüşün qalibi üç hissədə müəyyən olunub. “Murov” hər üç hissədə rəqibini məğlub edib - 3:0 (25:19, 25:15, 25:22)
Beləliklə, birinci yer uğrunda "Abşeron"la "Murov", 3-cü yer üçün isə "Azərreyl" və "UNEC" münasibətinə aydınlıq gətirəcək.
Sabah baş tutacaq həlledici görüşlərdən birincisi saat 14:00-da, digəri isə saat 16:00-da başlayacaq.