
“Bahar turniri” keçiriləcək
- 16:40
- 47
AFFA-nın təşkilatçılığı ilə aprelin 26-da Qubada 12 yaşadək qızlar arasında “Bahar turniri” keçiriləcək.
Rekord.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində baş tutacaq turnirdə Qubanın 8 komandası mübarizə aparacaq.
Komandalar arasında qrup və final oyunları eyni gündə keçiriləcək. İştirakçılar AFFA tərəfindən idman geyimi, top və gödəkçələrlə təmin olunacaq. Tədbirin sonunda qaliblər diplom, medallar və müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar.
Qeyd edək ki, UEFA-nın dəstəyi ilə təşkil ediləcək “Bahar turniri” yarışının davamlı olaraq keçirilməsi planlaşdırılır. Layihənin baş tutmasında əsas məqsəd orta məktəb şagirdləri arasında sağlam həyat tərzinin düzgün şəkildə təbliği, futbola marağın artırılması, kütləviliyin təmin olunması, həmçinin gələcəkdə AFFA U-13 Qızlar Liqasına və milli komandalara futbolçuların hazırlanmasıdır.