Bakı birinciliyi keçirilib
- 16 İyl 2022 13:00
- 454
Azərbaycan Voleybol Federasiyası (AVF) və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə çimərlik voleybolu üzrə Bakı şəhər turniri keçirilib. "Rekord.az" xəbər verir ki, Su İdmanı Sarayında təşkil olunan yarışda 18 yaşadək gənc qızlar birincilik uğrunda mübarizə aparıb. Dairəvi sistemlə keçirilən yarışda 12 cütlük iştirak edib.
Maraqlı keçən görüşlərdən sonra Xanım Cəlalova və Fəridə İbrahimova cütlüyü yarışın qalibi adını qazanıblar. Turnirin gümüş mükafatına İradə Həsənzadə və Ariadna Neçay, bürünc medallarına isə Ada Su Karip və Ayla Qasımova cütlüyü yiyələnib.
AVF-nin və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışın qaliblərinə kubok, medal və müxtəlif hədiyyələr verilib.
Mükafatları AVF-nin baş katibi Fərid Xəlilov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Samir Kazımov və çimərlik voleybolu üzrə beynəlxalq supervayzer Valeriya Romanoviç təqdim ediblər.