Bakı birinciliyinə yekun vurulub
- 03 Mar 2022 10:55
- 563
Azərbaycan Voleybol Federasiyasında (AVF) keçirilən 2006-2007 təvəllüdlü voleybolçu qızlar arasında Bakı birinciliyi başa çatıb. "Rekord.az" xəbər verir ki, 6 komandanın (“Azərreyl-1”, “Abşeron”, “Murov”, “Xətai”, “Sərhədçi” və “Azərreyl-2”) iştirak etdiyi yarış dairəvi sistemlə təşkil olunub.
Maraqlı keçən görüşlərdən sonra 7 xal toplayan “Abşeron” qalib adını qazanıb. Onlardan 1 xal az yığan “Sərhədçi” ikinci yeri tutub. “Üçlüy”ü 4 xala malik “Xətai” qapayıb.
AVF və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən turnirin qaliblərinə medal və diplomlar verilib. Mükafatları federasiyanın baş katibi Fərid Xəlilov, “Sərhədçi” voleybol klubunun prezidenti Firdovsi Umudov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Samir Kazımov, idarənin nümayəndəsi Valentina Sultanova təqdim ediblər.