Bakıda Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib. "Rekord.az" xəbər verir ki, bu aksiyada Bakının "Murov" voleybol klubu da iştirak edib.

Aksiya “İdman həftəsi” çərçivəsində paytaxtda və digər regionlarda təşkil olunub. Bakıda baş tutan aksiyada "Murov"un həm qadın, həm də kişi voleybolçuları, eləcə də bu komandanın və Azərbaycan Voleybol Federasiyasının nümayəndələri iştirak ediblər.