Ölkəmzi qadın voleybolçular arasında avrokubokda təmsil edən "Azərreyl" klubu Almaniyaya yola düşüb. "Rekord.az" xəbər verir ki, komandamız "Challenge Cup"ın 1/16 final mərhələsində Almaniyanın "VFB Suhl Thüringen" kollektivi ilə üz-üzə gələcək. 

Tərəflərin qarşılıqlı razılaşmasına əsasən hər iki qarşılaçma Almaniyada baş tutucaq. Dekabrın 14-də keçiriləcək ilk görüşdə "Azərreyl" meydan sahibi qismində meydana çıxacaq. Növbəti gün baş tutacaq qarşılaşmada isə rəqib meydan sahibi olacaq. 

Xatırladaq ki, "Azərreyl" yarışda mübarizəyə 1/32 final mərhələsindən başlayıb. Komandamız bu turda Slovakiyanın "Slavia" klubunu hər iki qarşılaşmada məğlub etməklə (3:1, 3:0) növbəti mərhələyə yüksəlib.