Ölkəmizi kişi voleybolçular arasında avrokubokda təmsil edən "Murov" klubu ilk oyununu keçirib. "Rekrod.az" xəbər verir ki, komandamız "Challenge Cup"ın 1/32 finalı çərçivəsində Xorvatiyanın "Kitro Varazdin" kollektivi ilə qarşılaşıb.

Voleybol Mərkəzində baş tutan görüş təmsilçimizin üstünlüyü ilə keçib. İlk setdən təşəbbüsü ələ alan komandamız üstünlüyünü sonadək qoruyub. 3 hissə davam edən matçda "Murov" quru hesablı qələbəyə sevinib.

Cütün cavab qarşılaşması sabah yenə eyni məkanda keçiriləcək.

Qeyd edək ki, görüş Bakıda baş tutsa da ev sahibi qismində xorvatlar çıxış edib. Belə ki, qarşılıqlı razılaşmaya əsasən hər iki oyun paytaxtımızda təşkil olunur.


Challenge Cup
1/32 final, ilk oyun
   "Kitro Varazdin" - "Murov" 0:3 (19:25, 18:25, 20:25)