Bakı klubu millimizin üzvü ilə müqaviləni uzatdı
- 20 May 2020 17:28
- 819
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Kseniya Pavlenkonun növbəti mövsümdə çıxış edəcəyi komandanın adı bəlli olub. "Rekord.az" xəbər verir ki, blokçumuz karyerasını yenidən "Azərreyl"də davam etdirəcək.
Ölkəmizi avrokubokda təmsil edəcək komanda Pavlenkonun müqaviləsini 2020/2021 illər mövsümü üçün uzadıb.
Qeyd edək ki, "Azərreyl" növbəti mövsüm "Challenge Cup"da mübarizə aparacaq.