Bakı mundialında ilk medal Tokio-2020-nin çempionundan gəldiAzərbaycan paracüdoçusu Şəhanə Hacıyeva Bakıda keçirilən dünya çempionatının bürünc medalını qazanıb.

Rekord.az xəbər verir ki, J2 kateqoriyası üzrə 48 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda həlledici dueldə Taypey təmsilçisinə qalib gələrək ölkəmizə mundialın ilk mükafatını qazandırıb.

Qeyd edək ki, Şəhanə Hacıyeva Tokio-2020 Yay Paralimpiya Oyunlarının qızıl medalçısıdır.