Respublika Olimpiya Mərkəzində atletika üzrə 2008-2009-cu il təvəllüdlü idmançılar arasında Bakı şəhər Qış birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, birincilikdə müxtəlif klubları təmsil edən 110 idmançı mübarizə aparıb.

Yarışda atletlər 60, 200, 400, 800, 1500  metr məsafələrə qaçış, 4×200 metr məsafədə estafet qaçışı, uzunluğa,  üçtəkanla tullanma, eləcə də yadro itələmə yarışlarında qüvvələrini sınayıblar.

Oğlanlar arasında yarışda Həmid Nəbiyev, Nihat Tağıyev, Cavid Hüseynov, Abdulla Əliyev, Əmir İsmayılov, Furqan Bünyatov birinci yerləri tutmuşlar. Qızların mübarizəsində isə Fidan Osmanlı, Nərmin Hüseynli, Nila Heydərova, Mələk Hüseynova  qalib olmuşlar. 4×200 metr məsafədə estafet qaçışında oğlanlarlar arasında komanda hesabında Təhsil-5, qızlar arasında isə Rekord-1 komandası I yerə çıxmışdır.

Qaliblərə müvafiq dərəcəli diplom və medallar təqdim olunmuşdur.