Bakıda idman gimnastikası üzrə “AGF Trophy” beynəlxalq turnirinə start verilib.

Rekord.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışda Azərbaycanla yanaşı, Qazaxıstan, Ukrayna, Özbəkistan və Gürcüstan komandalarını təmsil edən 88 idmançı qüvvəsini sınayır.

Azərbaycanı böyüklər, gənclər və yeniyetmələr arasında ümumilikdə 22 idmançı təmsil edir. Böyüklər və gənclər arasında yarış Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən təsdiqlənib.

Bu gün və martın 16-da təsnifat mərhələləri, sonuncu gündə isə final mərhələsi keçiriləcək.

“AGF Trophy” turniri martın 17-dək davam edəcək.