Bakıda baş tutacaq DÇ-nin Təşkilat Komitəsinin iclası keçirildi
- 03 May 2023 19:45
- 323
Mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatına son hazırlıqlarla bağlı Təşkilat Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Azərbaycan Taekvondo Federasiyasının prezidenti, Təşkilat Komitəsinin sədri Kəmaləddin Heydərov çıxış edərək, dünya çempionatının Azərbaycana həvalə edilməsindən qürur hissi duyduğunu ifadə edib.
Daha sonra qarşıda duran məsələlər, yarış çərçivəsində baş tutacaq tədbirlər müzakirə edilib, müvafiq tapşırıqlar verilib.
Sayca 26-cı dəfə təşkil olunacaq yarış Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən yubiley tədbiri şəhərimizdə qeyd olunacaq. Bununla əlaqədar paytaxtımıza 3 minədək qonağın gəlişi gözlənilir.