Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Bakıda beynəlxalq təlim-məşq toplanışı keçirilir.

Rekord.az xəbər verir ki, “Böyük Dəbilqə”nin başa çatmasından sonra start götürən hazırlıq prosesi sentyabrın 29-dək davam edəcək.

Toplanışda 100-dən çox idmançı iştirak edir. Təlim-məşq toplanışına Azərbaycanın kişilərdən, gənc oğlanlardan və qadınlardan ibarət milli komandalarının üzvləri ilə yanaşı, Braziliya, Danimarka, Polşa, Portuqaliya, Rumıniya, Amerika Birləşmiş Ştatları, Avstraliya, Slovakiya, Səudiyyə Ərəbistanı və digər ölkələrin cüdoçuları qatılıblar.

Bu, 4-8 oktyabrda Portuqaliyada gerçəkləşəcək gənclər arasında dünya çempionatına hazırlıq məqsədi daşıyır.

Eyni zamanda, təlim-məşq toplanışı böyüklərdən ibarət millinin 3-5 noyabrda Fransada keçiriləcək Avropa çempionatına hazırlıqları üçün mühüm mərhələlərdən biridir.