17 yaşadək həndbolçu qızlar arasında Bakıda keçiriləcək Avropa çempionatının açılış mərasiminin vaxtı müəyyənləşib.

Rekord.az xəbər verir ki, avqustun 5-də təşkil olunacaq tədbir saat 17:15-də başlayacaq.

Mərasimin ardından Azərbaycan millisi qrupdakı ilk oyununda Gürcüstanla qarşılaşacaq. Ertəsi gün rəqib Sloveniya, avqustun 7-də Bosniya və Herseqovina, 9-da isə Litva olacaq. Bütün matçlar saat 18:00-da start götürəcək.

Avqustun 12-də 9-10-cu, 5-8-ci yerlər uğrunda görüşlər və yarımfinal oyunları reallaşacaq. Ertəsi gün 7-8-ci, 5-6-cı və 3-4-cü yerlər uğrunda mayçlar baş tutacaq. Həmin gün saat 18:00-da final qarşılaşması ilə yarışa yekun vurulacaq.

Qeyd edək ki, avqustun 5-dən 13-dək Bakı İdman Sarayında keçiriləcək Avropa çempionatında, həmçinin, İspaniya, İsrail, Yunanıstan, Lüksemburq və Farer adaları yığmaları da mübarizə aparacaqlar.