Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatına 1260 idmançı qeydiyyatdan keçib
- 25 İyl 2023 13:30
- 362
Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatı üçün 104 ölkədən 1260 idmançı qeydiyyatdan keçib.
Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov mətbuat konfransında bildirib.
O, idmançıların 55 növdə medallar uğrunda mübarizə aparacaqlarını bildirib: “Onlardan 12-si fərdi növdə olacaq. Hər fərdi növdə 4 atıcı Parisdəki Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq”.
Qeyd edək ki, dünya çempionatı 14 avqust - 1 sentyabrda gerçəkləşəcək.