Bakıda keçirilən daha bir turnir başa çatdı
- 26 Apr 2024 10:17
- 306
Azərbaycan Voleybol Federasiyası və “AZERRAIL” klubunun birgə təşkilatçılığı ilə Bakıda gənc voleybolçu oğlanlar arasında keçirilən Gənclər turniri başa çatıb. "Rekord.az" xəbər verir ki, xəbər verir ki, fevralda start götürən yarışda ümumilikdə dörd komanda (“AZERRAIL”, “Neftçi”, “Murov Az Terminal”, MOİK) mübarizə aparıb.
GİN-in Voleybol Mərkəzində keçirilən final görüşündə “Neftçi” və “Murov Az Terminal” klubları üz-üzə gəliblər. Bu oyunda 3:0 hesabı ilə qələbə qazanan “Murov Az Terminal” turnirin çempionu olub.
Qalib komandaya turnirin kuboku “AZERRAIL”in prezidenti Orxan Kərimov tərəfindən “Murov Az Terminal” komandasına təqdim olunub.
Gənclər turniri
Final
“Murov Az Terminal” - “Neftçi” 3:0 (25:20, 25:19, 29:27)