Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatında daha bir növdə mükafatçılar bəlli olub.

Rekord.az xəbər verir ki, stend atıcılığının səngər növü üzrə komanda yarışında Portuqaliyanı təmsil edən Joao Azevedo və Maria İnes Koelyo de Barros qızıl medal qazanıb.

Gümüş medallar ABŞ-dan olan Skott Derrik Meyn ilə Leyqanne Raçel Tozierə qismət olub. Bürünc medalları isə Qazaxıstanı təmsil edən Danile Poçivalovla Mariya Dmitriyenko bayram edib.

Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı 2018-ci ildən bəri dünyada bu yarış üzrə baş tutan ən kütləvi idman tədbiridir. Yarışda dünyanın 100-dən artıq ölkəsindən 2000-dək idmançı və nümayəndə iştirak edir.