Bakıda keçirilən məşqçilər üçün beynəlxalq kurs başa çatıb
- 23 Noy 2023 10:21
- 307
Bakıda voleybol məşqçiləri üçün təşkil olunmuş beynəlxalq texniki kurs başa çatıb. "Rekord.az" xəbər verir ki, noyabrın 15-dən 22-nədək davam edən Level-3 kursu Beynəlxalq Olimpiya Komitəsinin, Olimpiya Həmrəyliyi Fondu və Beynəlxalq Voleybol Federasiyasının dəstəyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Ümumilikdə 14 nəfərin (11 yerli, 3 xarici) qatıldığı kursun rəhbəri FIVB-nin məşqçi-instruktoru almaniyalı Peter Nonnenbroich, ikinci təlimçi isə rumıniyalı Dan Girleanu olub.
Kurs iştirakçılarından 9 nəfər (7 yerli, 2 xarici) imtahanlardan uğurla keçərək FIVB-nin ən yüksək Level-3 dərəcəli beynəlxalq sertifikatına və BOK-un Olimpiya Həmrəyliyinin iştirakçı sertifilatına layiq görülüb.
Qeyd edək ki, Level-3 kursu ölkəmizdə bütün idman növləri arasında ilk dəfədir ki, voleybol idman növündə keçirilib.