Bakıda keçirilməsi planlaşdırılan dünya kuboku ləğv olundu
- 12 Yan 2021 14:45
- 883
13-14 fevral 2021-ci il tarixlərində Bakıda keçirilməsi nəzərdə tutulan batut gimnastikası və tamblinq üzrə dünya kuboku ləğv olunub.
Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytı məlumat yayıb.
Yarışın ləğv olunması dünyada yayılmış koronavirus xəstəliyinin Azərbaycan ərazisində yayılmasının qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdır. Bakıdakı kubok ilə yanaşı, Beynəlxalq Gimnastika Federasiyası idman gimnastikası üzrə dünya kubokunun (Almaniya, 25-28 fevral) ləğv olunması, o cümlədən akrobatika gimnastikası üzrə dünya kubokları (Rusiya -19-21 fevral; Portuqaliya – 5-7 mart; Belçika 9-11 aprel) və aerobika gimnastikası üzrə dünya kubokunun (Yaponiya 24-25 aprel) təxirə salınması ilə əlaqədar xəbər yayıb.
4-7 mart 2021-ci tarixlərində Bakıda idman gimnastikası üzrə dünya kuboku, bədii gimnastika üzrə dünya kuboku (7-9 may), aerobika gimnastikası üzrə 9-cu dünya yaş qrupları yarışları (21-23 may), batut gimnastikası və tamblinq üzrə 35-ci dünya çempionatı (11-14 noyabr) və 28-ci dünya yaş qrupları yarışlarının (19-22 noyabr) keçirilməsi nəzərdə tutulur.