Sentyabrın 2-də Bakıda start götürəcək Karate1 Premyer Liqa turnirində medal qazanan idmançıların əldə edəcəkləri pul mükafatları bəlli olub.

Rekord.az Dünya Karate Federasiyasının (WKF) rəsmi saytına istinadən xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında üç gün davam edəcək yarışda fərdi kateqoriyalar üçün kumite və kata növündə qızıl medalçılar 1000 avroya sahib çıxacaqlar.

İkinci və üçüncü yeri tutanlar isə müvafiq olaraq 500 avro və 250 avro mükafat alacaq.

Hələlik Azərbaycanın 9 kişi karateçisinin adı sifariş ərizəsinə daxil edilib. 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev zədə səbəbindən turniri buraxacaq.