Bakıda idman federasiyalarının məşqçi və həkimləri üçün seminara start verilib.

Rekord.az xəbər verir ki, belaruslu təcrübəli mütəxəssis Nikolay Kruçinskinin iştirakı ilə keçirilən seminarın mövzusunu Yay Olimpiya və Paralimpiya Oyunlarına hazırlıq dövründə tibbi təminatı əhatə edir.

Gənclər və İdman Nazirliyinin təşkil etdiyi seminar rasional qidalanmanın əsas prinsipləri, idmançıların qidalanmasının tədqiqi, qidalanma və idman hazırlığı, idmançıların fiziki inkişafının kompleks şəklində qiymətləndirilməsi, əzələlərin yığılması, fiziologiya və biokimya, yüksək idmanda biokimyəvi nəzarət, fiziki stress şəraitində böyrəküstü vəzilərin funksiyasının qida ilə dəstəklənməsi, antidopinq və qida dəstəyi, idmanda mikroelementlər və digər mövzuları əhatə edəcək.