Bakıda seminar keçirilib
- 25 Fev 2024 18:34
- 231
Bakıda BOK-un Olimpiya Həmrəyliyi Fondunun və BVF-nin dəstəyi, MOK və AVF-nin birgə təşkilatçılığı ilə “Gənc atletlərin inkişafı” layihəsi çərçivəsində ilk seminar keçirilib. "Rekord.az" xəbər verir ki, GİN-nin Voleybol Mərkəzində və AVF-nin idman zalında təşkil olunan seminarda müxtəlif bölgələrimizdən ümumilikdə 40-dan çox məşqçi-müəllim iştirak edib.
Seminarın əsas eksperti AAF-ın baş məşqçisi Hakim İbrahimovla birgə voleybol məşqçiləri Cengiz Akarçeşme, Şahin Çatma və Cahangir Abbasi öz təcrübələrini iştirakçılarla bölüşüblər.
Seminarda aşağı yaş qruplarında düzgün məşq prosesinin aparılma qaydaları, uşaqların fiziki hazırlığı üçün görülməli olan işlər və seçimlər zamanı daha çox diqqət yetirilməli məqamlar haqqında məlumat verilib.