Bakıda stolüstü tennis üzrə “Top 8” turnirinə yekun vurulub
- 28 Dek 2024 18:00
- 46
Bakıda stolüstü tennis üzrə "Top 8" turnirinə yekun vurulub.
Rekord.az xəbər verir ki, "Şüa" İdman Kompleksində təşkil olunan ənənəvi yarışda Azərbaycanın ən güclü stolüstü tennisçiləri bacarıqlarını göstəriblər.
Kişilər arasında Onur Quluzadə 1-ci olub. O, finalda Rüstəm Hacıliya qalib gəlib. Vəzir Allahverdiyev 3-cü yeri tutub.
Qadınların turniri Aylin Əsgərovanın qələbəsi ilə nəticələnib. Mərziyyə Nurmətova fəxri kürsunün 2-ci, Ləman Abdulhəmidova 3-cü pilləsinə qalxıb.
Fərqlənən idmançılara Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və mükafatları təqdim olunub.