Bakıdakı Respublika Olimpiya Mərkəzində Tofiq Karayev mükafatı uğrunda üçnövçülük üzrə XXVII Azərbaycan çempionatı keçiriləcək.


Rekord.az xəbər verir ki, yarış 2011-2012 təvəllüdlü idmançılar arasında baş tutacaq.


İstedadlı uşaqların müəyyən edilməsi məqsədi daşıyan turnirə 60 və 200 metr məsafəyə qaçış, həmçinin uzunluğa tullanma növbəri daxildir.


Qeyd edək ki, Azərbaycan çempionatı dekabrın 7-də təşkil olunacaq.