AFFA-nın təşkilatçılığı ilə UEFA-nın C kateqoriyalı məşqçi kursunun ikinci mərhələsi keçirilir.


Rekord.az xəbər verir ki, Bakıdakı Təhsil və Reabilitasiya Mərkəzində gerçəkləşən tədbir fevralın 14-dək davam edəcək.


Məşğələlərə təlimatçılar İlham Əzizzadə, Xanlar Əliyev və Dəyanət Əliyev rəhbərlik edirlər.


Kursun 3-cü modulu fevralın 25-dən 28-dək, 4-cü mərhələsi isə martın 10-dan 15-dək baş tutacaq.