Bakıda veloyürüş keçirildi
- 27 İyn 2022 16:00
- 440
Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Bakı Konqres Mərkəzinin qarşısında "İdman hamı üçün" layihəsi çərçivəsində veloyürüş keçirilib.
Rekord.az xəbər verir ki, yürüşdə 100-dək idmançı və həvəskar velosipedçilər iştirak ediblər.
İştirakçılar Mərkəzin qarşısındakı parkın ətrafında dairəvi hərəkət ediblər.
Peşəkar velosipedçilər isə parkda nümunəvi hərəkətlər nümayiş etdiriblər.
Qeyd edək ki, kütləvi idman tədbirinin təşkilində əsas məqsəd əhali, xüsusən də uşaq və gənclər arasında velosiped idmanına marağın artırılması, sağlam həyat tərzinin təbliğidir.