Bakıdakı AÇ-də daha 6 güləşçimiz üçün medal şansı
- 23 May 2024 11:45
- 248
Azərbaycanın 6 güləşçisi Bakı İdman Sarayında keçirilən U-23 Avropa çempionatının dördüncü günündə mübarizə aparacaq.
Rekord.az xəbər verir ki, bu gün qadın güləşçilər döşək üzərinə çıxacaqlar.
Elnurə Məmmədova (53 kq), Jalə Əliyeva (57 kq), Nigar Mirzəzadə (65 kq) və Mərziyyə Sadıxova (72 kq) ilkin mərhələdən mübarizəyə başlayacaqlar. Şəhanə Nəzərova (50 kq) və Ruzanna Məmmədova (59 kq) isə təsəlliverici görüşə çıxacaqlar.
Əvvəlki üç gündə Azərbaycan millisinin üzvləri 8 medal qazanıblar. Ziya Babaşov (63 kq), Xasay Həsənli (77 kq) və Qurban Qurbanov (82 kq) çempion olublar. Nihad Quluzadə (60) gümüş, Ruslan Nurullayev (72 kq), Rəşad Məmmədov (55 kq), Laçın Vəliyev (87 kq) və Murad Əhmədiyev (97) isə bürünc medala yiyələniblər.