Bakıdakı DÇ-nin ilk qalibləri müəyyənləşdi
- 17 Avq 2023 18:45
- 249
Bu gün Bakıda atıcılıq üzrə dünya çempionatının ilk yarışları keçirilib.
Rekord.az xəbər verir ki, olimpiya növü olan pnevmatik tapançadan 10 m məsafəyə atəş üzrə yarışda kişilər arasında mübarizədə həm fərdi, həm də komanda şəklində çinlilər üstünlüklərini nümayiş etdiriblər.
Fərdi növdə qızıl medalı 244.3 xalla Çin yığmasının üzvü Boven Janq qazanıb. Gümüş medal 240.8 xal toplayan serb Damir Mikeç, bürünc medal isə 215.7 xal yığan bolqar Kiril Kirova çatıb.
Komanda növündə də ilk yeri çinlilər tutub və qızıl medal əldə ediblər. Gümüş medala Almaniya, bürünc medala Hindistan millisi sahiblənib.