Aprelin 22-dən 24-dək Bakıda bədii gimnastika üzrə dünya kuboku keçiriləcək. 

Rekord.az xəbər verir ki, turnirdə 32 ölkədən 40-ı fərdi və 60-ı qrup komandasının (10 qrup) üzvü olmaqla 100 gimnastın iştirakı gözlənilir.

Yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.

Ənənəyə uyğun olaraq, turnirdə ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunacaq doqquzuncu dünya kuboku yarışları olacaq. Paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.