Bakıdakı sprint yarışının qalibi bəlli oldu
- 11 İyn 2022 15:30
- 578
Bu gün Bakıda keçirilən Formula 2 üzrə Azərbaycan qran-prisinə yekun vurulub.
Rekord.az xəbər verir ki, saat 13:30-da başlayan sprint yarışında ən sürətli pilotlar müəyyənləşib.
“ART Grand Prix” komandasından Frederik Vesti 21 dövrənin yekununda bütün rəqiblərini qabaqlayıb.
“Prema Racing”dən Jan Daruvala ikinci, "Carlin"dən Liam Louson üçüncü yeri tutub.
Bu yarışda zərcirvari qəza baş verib. Finişə az qalmış - sonuncu dövrədə bolidlər bir-biri ilə toqquşub. Nəticədə avtomobillərdən biri alovlanıb. Mübarizəni dayandıranlar arasında "Charouz Racing System"də çıxış edən türkiyəli pilot Cem Bölükbaşı da var. Bölükbaşı “Trident”in sürücüsü Kalan Vilyamsla toqquşub.
“Prema Racing”dən Dennis Hauger sprint yarışının 14-cü dövrəsində qoruyucu səddə çırpılıb. Nəticədə 19 yaşlı pilot mübarizəni dayandırmalı olub. “Charouz Racing System” komandasında çıxış edən Entso Fittipaldi də mübarizəni sonadək davam etdirə bilməyib. Fittipaldi dönmə zamanı yalnış yola girib və yarışdan kənarda qalıb.