"Bakı"nın keçmiş bazası kimi tanınan "Biləcəri Futbol Mərkəzi" öz fəaliyyətini dayandırır. 

 

Rekord.az xəbər verir ki, ötən ilin sentyabrında məhkəmə qərarıyla "Bakı" klubundan alınan kompleks bir neçə gündən sonra - noyabrın 1-dən bağlı elan olunacaq.

 

Burada oyun və məşq keçirən klublara artıq bununla bağlı xəbərdarlıq edilib. Bazanın gələcək taleyi hələlik dəqiq bilinmir.