“Baku Fire” Qazaxıstan klubunu məğlub etdi
- 09 Avq 2024 20:14
- 170
Yeni mövsümün hazırlığını davam etdirən Yüksək Liqa təmsilçisi “Baku Fire” yoxlama oyunu keçirib.
Rekord.az xəbər verir ki, təmsilçimiz Bakıda təlim-məşq toplanışında olan Qazaxıstanın “Astana” klubu ilə qarşılaşıb.
“Olimpik Star”da baş tutan görüş “Baku Fire”in üstünlüyü şəraitində keçib və paytaxt təmsilçisi 2:1 hesablı qələbə qazanıb. Ötən mövsüm Yüksək Liqada gümüş medal qazanan komandanın heyətində yeni transfer Nurlan Mehdizadə və Fərid Abbasov fərqləniblər. Onu da qeyd edək ki, Azərbaycan millisinin də üzvü olan Rövşən Hüseynli hazırda “Astana” klubunun formasını geyinir.
Qazaxıstan təmsilçisi avqustun 13-də “Araz-Naxçıvan”la üz-üzə gələcək.