Ötən mövsüm II liqada qalib olaraq, I Liqaya vəsiqə qazanan "Baku Sportinq" baş məşqçi məsələsi ilə bağlı qərarını verib.
Rekord.az xəbər verir ki, komandanı bu uğura daşıyan Elman Sultanov postunda qalacaq.
Onunla 1 illik yeni müqavilə imzalanıb.