Növbəti mövsümdən Premyer Liqada 12 komandanın mübarizə aparacağı dəqiqləşib, AFFA İcraiyyə Komitəsi bununla bağlı qərar verib.

Rekord.az xəbər verir ki, bu qərar I Liqada oynayan əksər komandaların önündə "yaşıl işıq" yandırmış oldu.

Hətta 3-cü yeri tutan komanda belə, bu şansı əldə edə bilər. Bu mənada 5-ci, 6-cı pillədə olan komandalar mübarizəyə qoşula bilər. Məsələn, hazırda 6-cı pillədə gedən "Baku Sportinq"i 3-cü pillədəki "İmişli"dən 6 xal ayırır. Hansı ki, uzun marafon və 3 xallıq sistemdə bu fərqi aradan qaldırmaq elə də asan deyil. Üstəlik, növbəti tur üst pilələrdə olan "İmişli" ilə "Zaqatala" üz-üzə gələcək. 5-ci pillədəki MOİK isə lider "Qəbələ" ilə qarşılaşacaq. "İmişli", "Zaqatala" və MOİK-dən fərqli olaraq, "Baku Sportinq" aşkar autsayder "Mingəçevir"ləı üz-üzə gələcək və qələbə təqdirində ilk "üçlüy"ə bir qədər də yaxınlaşa bilər. Görəsən, bu komandanın, ümumiyyətlə, Premyer Liqa planı, hədəfi, arzusu varmı, yeni mövsüm üçün lisenziyalaşdırma ilə bağlı AFFA-ya müraciət ediblərmi. Suallarımıza cavab almaq üçün sözügedən komandanın mətbuat katibi Araz Əhmədovla əlaqə saxladıq: "Təbii ki, Premyer Liqada oynamaq bizim də hədəfimizdə var və bunun üçün lazım olan bütün prosedurları yerinə yetiririk. Lisenziya almaq üçün də AFFA-ya müraciət etmişik. Digər komandalaredan fərqli olaraq, həvəskar liqadan pillə-pillə I Liqaya gəlmişik. Hansı ki, elə komandalar var, birbaşa I Liqadan oynamağa başlayır. Bundan başqa, baş məşqçini də tez-tez dəyişən klub deyilik. Elman Sultanov artıq iki ildir ki, bizimlə çalışır. Digər klublardan fərqli olaraq, neçə ildir ki, bizim klubun akademiyasıd a fəaliyyət göstərir. İnfrastruktur baxımından da deyərdim ki, "Qəbələ"dən sonra ən yaxşı şərait bizdədi. Stadionumuzun da örtüyü təbii örtükdü. Bir sözlə, Premyer Liqada oynamamağı çox istəyirik və bunun üçün də mübarizə aparacayıq".