
“Baku Sportinq” “Qaradağ Lökbatan”a qalib gəldi
- 14 Fev 2025 17:45
- 132
1-ci Liqada 14-cü tura yekun vurulub.
Rekord.az xəbər verir ki, son gündə 2 oyun baş tutub.
“Zaqatala” – “Difai” matçında qalib müəyyənləşməyib. “Baku Sportinq” isə “Qaradağ Lökbatan”a qalib gəlib.
1-ci Liqa
14-cü tur
14 fevral
“Baku Sportinq” – “Qaradağ Lökbatan” 3:2
Qollar: İlkin Əliyev, 50. Orxan Fərəcov, 52. İsa Zeynallı, 58-pen – Bahadur Həziyev, 20. Araz Abdullayev, 90+4.
“Zaqatala” – “Difai” 1:1
Qollar: Jan Pol Assumu, 45+1 - Fərid Kərimzadə, 90.
Turun digər oyunları:
“Mingəçevir” – “Cəbrayıl” 0:0
“İmişli” – “Qəbələ” 1:2
“Karvan” – MOİK 3:1