Balayev Qazaxıstanda ən yaxşı 3 qapıçıdan biridi
- 29 Dek 2019 15:48
- 938
Azərbaycan millisinin və “Tobol”un qapıçısı Emil Balayev Qazaxıstan Premyer Liqasında ən çox seyv edən qapıçılardan biridir.
Rekord.az xəbər verir ki, Balayev son mövsümdə 29 qurtarışla ilk “3-lük”də qərarlaşıb.
Bu barədə Kostanay təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Emil, yalnız Karaqanda “Şaxtyor”unun qapıçısı İqor Şatski (31) və “Astana”nın qolkiperi Nenad Eriçdən (34) geri qalıb.
25 yaşlı qapıçı son mövsümdə Qazaxıstan çempionatında keçirdiyi 31 oyunun 18-də qapısını toxunulmaz saxlayıb.