"Breşia"nın futbolçusu Mario Balotelli İtaliya A seriyasının 18-ci turunda "Latsio" ilə oyunda (1:2) rəqib komandanın azarkeşlərinin irqçi şüarlarına məruz qalıb.

Rekord.az xəbər verir ki, italiyalı hücumçu bu haqda hakimə bildirib və matç bir neçə dəqiqəlik dayandırılıb

Batelli qarşılaşmadan sonra "İnstaqram" hesabında 18-ci dəqiqədə vurduğu qolu paylaşaraq yazıb: "Üzücü məğlubiyyət oldu, amma düzgün yoldayıq daha güclü olmağa davam edəcəyik. Tribunadakı "Latsio" azarkeşləri utanın!".