Balotellini təhqir edən fanata 5 illik cəza
- 10 Yan 2020 14:50
- 803
İtaliya A Seriyasının son turunda “Breşia”nın futbolçusu Mario Balotellini irqçi şüarla təhqir edən azarkeş cəzalandırılıb.
Rekord.az “Sky Sports”a istinadən xəbər verir ki, “Latsio” – “Breşia” matçında baş verən hadisəyə görə 38 yaşlı fanata 5 illik cəza verilib. O, 2025-ci ilə qədər İtaliyada idman yarışarına qatıla billməyəcək.
Qeyd edək ki, irqçi şüarlarına görə “Latsio” 20 min avro cərimələnmişdi.