"Barselona" bütün futbolçuları ilə yolları ayırır: 3 nəfər saxlayacaqlar
- 18 Apr 2020 14:44
- 625
"Barselona" ən yaxın transfer pəncərəsində çox futbolçusunu satışa çıxarmağı düşünür.
Rekord.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Kataloniya klubu Lionel Messi, Mark Andre-ter Stegen və Frenki de Yonq istisna olmaqla, bütün oyunçuları ilə yolları ayırmağa hazırdır.
Qeyd edək ki, "Barselona"nın "İnter"in hücumçusu Lautaro Martineslə maraqlandığı iddia olunur.