“Barselona”nın vitse-prezidenti Eduard Romeu komandanın baş məşqçisi Ronald Kumanın gələcəyi ilə bağlı açıqlama verib.

Rekord.az xəbər verir ki, Romeu niderlandlı mütəxəssisin istefaya göndərilməsinin düzgün olmayacağını bildirib:

“Klubun İdarə Heyəti Kumanın məsələsini hələ müzakirə etməyib. Ən çətin vaxtlarımızda rəqiblərimiz də güclüdür.

Kumanı göndərmək geriyə addım atmaq olar. Onun göndərilməsi məntiqsizdir”.

“Barselona” La Liqada 7-ci sıradadır. Kataloniya təmsilçisi Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Bavariya"ya uduzub – 0:3.