“Barselona” Messi ilə müqavilədə dəyişiklik etmək istəyir
- 18 Noy 2019 13:21
- 832
"Barselona”nın texniki meneceri Erik Abidal komandayla bağlı açıqlama verib.
Rekord.az xəbər verir ki, katalonların ümumi vəziyyəti ilə bağlı danışan klub rəsmisi, hücumçu Lionel Messi ilə yeni müqavilə ilə üçün danışıqlara başlandığını da bildirib:
“Messi bizim üçün vacib futbolçudur. Onun hazırkı müqaviləsində birtərəfli ləğv etmək haqqı var. Amma artıq klub prezidenti bu maddəni aradan qaldırmaq üçün Messi ilə danışıqlara başlayıb.
Hazırda heyətimiz keçən mövsümlə müqayisədə daha yaxşıdır. Bundan başqa, uğur qazanmaq üçün zehniyyət də vacibdir. Bir komanda lazım olan zehniyyətdədirsə, bütün hədəflərinə çata bilər”.
Messinin “Barselona” ilə müqaviləsi 2021-ci ilədək nəzərdə tutulur.