İspaniya Kral Futbol Federasiyası təxirə salınmış “Barselona” – “Osasuna” oyununun keçiriləcəyi tarixi açıqlayıb.


Rekord.az xəbər verir ki, 27-ci turun matçı martın 27-də reallaşacaq.


Qarşılaşma daha əvvəl martın 8-də baş tutmalı idi. Kataloniyalıların həkimi Karles Minyaro Qarsiyanın vəfat etməsi səbəbindən oyun təxirə düşüb.


La Liqada turnir cədvəlinə 60 xalla "Barselona" başçılıq edir. Osasuna 33 xalla 14-cü yerdədir.