Fransanın “Nitsa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Liqa 1 təmsilçisi İspaniya çempionu “Barselona”dan Mussa Vaqeni transfer edib.

21 yaşlı seneqallı futbolçu mövsümün sonuna kimi icarəyə götürülüb. Lakin Fransa klubu mövsüm bitəndən sonra sağ cinah müdafiəçisinin transfer hüquqlarını da almalıdı.

Vaqe “Barselona”ya 2018-ci ildə Belçikanın “Eupen” klubundan transfer olunsa da, Kataloniya təmsilçisində möhkəmlənə bilməyib.