"Barselona" uşaqları siyasətə qatdı
- 17 Okt 2019 13:52
- 818
Deyəsən, “idmanda siyasətə yer yoxdur” deyimi öz əhəmiyyətini itirib.
Rekord.az xəbər verir ki, “Barselona”nın U-12 komandası beynəlxalq “Danone Nations Cup” turnirində iştirak etməkdən imtina edib.
Buna səbəb “Barsa” rəhbərliyinin azyaşlıların İspaniyanın loqosu olan formalarda meydana çıxmasına razı olmamasıdır.
Maraqlıdır ki, “Barselona” turnirin təsnifat mərhələsində iştirak edib. Çünki həmin mərhələdə komandalara klubun formasında oynamağa icazə verilib. Ancaq final mərhələsində İspaniyanın formasında oynamaq tələb edilib.
Maraqlıdır ki, turnirin final mərhələsi Kataloniyada keçirilib. Ancaq “Barsa” rəhbərliyi uşaqları final mərhələsinə göndərməyib. “Danone Nations Cup” uşaqlar arasında ən populyar turnirlərdən biridir.