
“Barselona" və "Atletiko" əsrin rekorduna imza atıblar
- 26 Fev 2025 15:20
- 128
İspaniya Kubokunun yarımfinalında üz-üzə gələn “Barselona” və “Atletiko” əsrin rekorduna imza atıblar.
Rekord.az xəbər verir ki, komandaların şəxsi oyunlarda vurduğu qollar XXI əsrin rekordu olub.
Sonuncu dəfə 1997-ci ildə baş tutan görüşdə 8 və ya daha çox qol vurulmuşdu. Ölkə kubokunun 1/4 finalına təsadüf edən qarşılaşma “Barselona”nın 5:4 hesablı qələbəsi ilə yekunlaşmışdı.
"Barselona" - "Atletiko" matçında qalib müəyyənləşməyib - 4:4. Komandalar arasında yarımfinalın cavab görüşü aprelin 2-də Madriddə keçiriləcək.