"Milan" baş məşqçisi Stefano Pioli ilə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

58 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

İtaliyalı məşqçi 2019-cu ilin oktyabr ayından "Milan"ı çalışdırırdı. Komanda 2021-2022 mövsümündə Piolinin rəhbərliyi altında İtaliya çempionu olub.

"Barselona" da mövsümün sonunda baş məşqçisi Xavi Ernandeslə yollarını ayıracağını açıqlayıb. Bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Klub prezidenti Xuan Laporta mütəxəssisə 2024/2025 mövsümündə əsas komandanın baş məşqçisi olmayacağını bildirib. Xavi mayın 26-da "Sevilya" ilə səfər matçından sonra postunu tərk edəcək.