“Barselona”da istirahət olmayacaq: 14 gündə 13 məşq
- 22 Yan 2020 15:18
- 825
“Barselona”nın yeni baş məşqçisi Kike Setyen futbolçuları yüklənməyə məruz qoymaq niyyətindədir.
Rekord.az xəbər verir ki, Setyen futbolçulara istirahət verməyəcək. Məlumata görə, “Barselona” 14 gün ərzində 3 məşq keçirəcək.
Setyen sabiq baş məşqçi Ernesto Valverde tərəfindən müəyyənləşdirilmiş istirahət gününü də ləğv edib.
“Qarana”da ilə oyundan bir gün əvvəl isə “Barsa” 2 məşqə çıxıb. Mütəxəssis futbolçuları oyun günü də məşq etdirib. Komanda bu həftə də hər gün məşqə çıxacaq.