İspaniyanın “Barselona” klubunda da koronavirusa yoluxma halı qeydə alınıb.

Rekord.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubunun Cənubi Amerika üzrə skautu Andre Küri və həyat yoldaşı virusa yoluxub.

Hər iki şəxsin San Pauloda – evlərində karantinə alındıqları bildirilib. Onlarda virusun simptomlarının müşahidə olunduğu, amma vəziyyətlərinin yaxşı olduğu qeyd olunub.

Küri 2013-cü ildə Neymarın transferində böyük rol oynamışdı.