Barselona"nın sabiq baş məşqçisi Ernesto Valverdə Kataloniya klubundan ayrıldıqdan sonra demək olar ki, futbol matçlarına baxmadığını söyləyib.

Rekord.az "Marca"ya istinadən xəbər verir ki, o, son həftələrdə təkcə İspaniya kubokunda "Barsa"nın "Atletik"lə görüşünü izlədiyini bildirib: "Özümü futboldan bir az uzaqlaşdırmağa çalışdım. Çünki yaxın zamanda çalışdırdığınız komandaya baxmaq həmişə çətindir".

Qeyd edək ki, "Barselona" ötən ay E.Valverdeni istefaya göndərib. Onu  Kike Setyen əvəzləyib.